15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Rusiya Azərbaycanın buğda idxalını “tam ələ alıb”

faizlere

Azərbaycan son üç il ərzində əsas strateji qida – çörəyin istehsalında istifadə edilən yumşaq buğda və meslinin idxalı üzrə idxalda ölkələrin paylarını dəyişir. 2018-ci ilin son statistikaları göstərir ki, Azərbaycan daha yumşaq buğdanı Rusiya Federasiyasından (RF) almağı üstün tutur.

Cari ilin ilk 3 rübü ərzində Azərbaycan 947.61 min ton həcmində yumşaq buğda idxal edib, bunun da idxal dəyəri $200.2 mln. təşkil edir. Bu o deməkdir ki, ölkəmiz son ildə bu kodda buğdanın idxalının miqdar baxımdan həcmini 10% azaltmalı olub. Bunu Banker.az Dövlət Statistika Komitəsinə istinad edir. Məlumat kimi bildirək ki, Azərbaycan 2019-cu ilin ilk üç rübü ərzində xaricdən 1 054 .35 min ton həcmində və ya  $226.94 mln. yumşaq buğda idxal etmişdi.

Bu il azalmaya rəğmən digər bir göstərici  pay bölgüsündə RF-nin payının 99%-i ötməsidir. Azərbaycan bu il iki MDB ölkəsi RF və Qazaxıstandan yumşaq buğda idxal edib. Bunun  940.16 min ton  ($198.51 mln.) RF-nin payına, 7.44 min tonu  ($1.69 mln.) isə Qazaxıstanın payına düşür.

e4e343

RF-nin 2018-ci ildə ümumi yumşaq buğda üzrə idxalda payı, 74.23%, 2019-cu ildə 76.26% təşkil edib. Qazaxıstanın payı isə 2018-ci ildə 25.51% və 2019-cu ildə 23.74% təşkil edirdi. Göründüyü kimi 2020-ci ildə 0.79%-ə qədər qəfil düşüb.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər