4 C
Baku
Monday, December 5, 2022

Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik etdi

Rusiya Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemini dəyişib.

Bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğudur.

“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, – deyə məlumatda deyilir.

Yük daşımaları üçün bütün zolaqlar avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.

“Yük avtomobillərinə Rusiya Federasiyası ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur”, – deyə mətbuat xidməti əlavə edib.

Son xəbərlər
Digər xəbərlər
X