Moskva Azərbaycan-Ermənistan normallaşmasının fərqli sahələri üzrə avqustun sonuna qədər yüksək səviyyədə üçtərəfli təmasların təşkil edilməsini planlaşdırır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.
O, planlaşdırılan görüşlə bağlı daha ətraflı məlumatın sonra veriləcəyini əlavə edib.