13 C
Baku
Saturday, November 23, 2024

Rusiya Azərbaycan ilə milli valyutalar üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir

“Ödənişlə bağlı çətinliklər rublun məzənnəsinin dəyişməsindən qaynaqlanır. Bu məsələnin həllinə milli valyutalarda hesablaşmalara keçid kömək edəcək”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycanla ticarət sahəsində əməkdaşlığa təsiri və ölkələr arasında müqavilələr üzrə ödənişlər zamanı problemlərin yaranıb-yaranmaması haqqında sualı cavablandırarkən deyib.

“Bəyannaməyə uyğun olaraq bank sahəsində milli valyutalarda əməkdaşlığı genişləndirmək niyyətindəyik ki, bu da sözügedən problemin həllinə kömək edəcək. Artıq bu istiqamətdə müəyyən müsbət addımlar atılıb”, – səfir bildirib.

O, həmçinin mart ayında Rusiyanın Gömrük Xidmətini təmsil edən nümayəndə heyətinin Azərbaycan səfər etdiyini və səfər çərçivəsində xarici iqtisadi fəaliyyətin iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkilinə yönəlmiş “Yaşıl dəhliz” pilot layihəsinin təqdimatının keçirildiyini xatırladıb.

M.Boçarnikovun sözlərinə görə, 2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 20% artıb. O, əmtəə dövriyyəsinin artım perspektivlərinin kifayət qədər müsbət olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər