İran, Rusiya və Azərbaycan gömrük dəhlizi yaratmaq barədə razılığa gəldi, tərəflər milli valyutalar ilə hesablaşmalara keçid imkanını nəzərdən keçirir.
Banker.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani dünən Tehranda İlham Əliyev və Vladimir Putin ilə üçtərəfli görüşün yekununu şərh edərkən bildirib.
“Biz üç ölkə arasında yaşıl gömrük dəhlizi yaratmaq və vahid gömrük standartlarına riayət etmək niyyətindəyik. Tehran sammiti gedişində bank sahəsində əməkdaşlıq etmək və üç ölkə arasında ticarət zamanı milli valyutalardan istifadə edilməsi ilə bağlı müzakirələr apardıq. Bunun əsas məqsədi həm ikitərəfli, həm də üçtərəfli formatda bizim milli valyutalardan istifadə olunmasıdır” deyə İran prezidenti qeyd edib.
Ruhani həmçinin qeyd edib ki, tərəflər neft və qaz hasilatı texnologiyaları sahəsində də texniki əməkdaşlığı müzakirə edib.