6 C
Baku
Monday, December 16, 2024

Rusiya Azərbaycana taxta materiallarını pandemiyadan öncəkindən iki dəfə baha satır

Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.

Banker.az rəsmi rəqəmləri hesablayaraq bu nəticəyə gəlib.

Ölkə Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubunu 2019-cu ildə 133 ABŞ dollarına (227 manat), 2020-ci ildə 117 dollara, 2021-ci ildə 135 dollara, 2022-ci ildə isə 203 dollara almışdı.

2023-cü ildə isə bu rəqəm artıq 213 dolları ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pre-pandemiyadakından 60-70% daha bahadır.

Qiymətlər digər taxta materiallarında da özünü göstərir. Məsələn, ikinci ən çox alınan ağ şam ağacının (küknar) hər kub metri üçün 210 dollar ödənilib. Bu, 2022-ci ildə 206 dollar idi.

2023-cü ilin ilk 11 ayında Rusiyadan 191.96 min kub-m ($40.89 mln.) ağ şam ağacı, 155.39 min kub-m ($32.68 mln.) küknar ağacı və 173.49 min kub-m ($32.61 mln.) ağacyonqarlı plitələr idxal edilib.

Ümumilikdə, Rusiyadan 183.34 mln. dollarlıq taxta materialları alınıb.

Son xəbərlər
Digər xəbərlər