Rusiyada zeytun yağına yaranan qıtlığa görə Azərbaycandan bu məhsulun idxalı artıb.
Bu barədə Rusiyanın “Henry MR.” MMC-nin direktoru Tatyana Tkaçenko Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda deyib.
Onun sözlərinə görə, ötən ilin 24 fevral (Rusiya-Ukrayna müharibəsinin başlanması ilə) tarixindən sonra ölkəyə bir çox sahələrin məhsullarında idxal problemləri yaşanıb: “Onlardan biri də zeytun yağı olub”.
T.Tkaçenko vurğulayıb ki, Azərbaycandan zeytun yağının idxalında problem yoxdur: “Amma Qazaxıstandan və hətta Belarusdan belə hərdən çətinlik yaranır”.