16 C
Baku
Monday, September 30, 2024

Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini təkmilləşdirir

Rusiyanın dövlət sərhədinin bir neçə buraxılış məntəqəsi malların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunacaq.

Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilən müvafiq sənəddə bildirilib ki, yeniliklər yükdaşımaların artmasına və Rusiyaya zəruri məhsulların idxalını sürətləndirməyə kömək edəcək.

Türkiyədən malların gəldiyi Qafqaz dəniz keçid məntəqəsi, Azərbaycanla sərhəddəki Yaraq-Qazmalyar avtomobil keçid məntəqəsi və Gürcüstanla sərhəddəki Yuxarı Lars avtomobil keçid məntəqəsinə dəyişikliklər tətbiq olunacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər