13 C
Baku
Saturday, November 23, 2024

Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi”ni reallaşdırmağı planlaşdırır

Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” layihəsini reallaşdırmağı planlaşdırır. Bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov məlumat verib.

Davıdov RBK nəşri üçün köşəsində qeyd edib ki, Rusiya ticarətinin Şərq və Cənub ölkələrinə oriyentasiyasını dəyişməyini “tamamlanmış fakt” hesab edir.

Onun sözlərinə görə, bütövlükdə «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat-logistika dəhlizləri formalaşıb, onlar vasitəsilə yük dövriyyəsi 20-35% artıb.

Davıdov dost ölkələrlə beynəlxalq sazişlər çərçivəsində malların daşınmasının sürətləndirilməsi layihələrinin aktivləşdirilməsinin vacibliyini qeyd edir. O, ən perspektivli layihələr arasında Azərbaycan, İran, Suriya, Özbəkistan, Çin və Türkiyə ilə «Sadələşdirilmiş gömrük dəhlizi» layihələrinin adlaırını çəkir. Sadələşdirilmiş gömrük dəhlizi saziş imzalayan ölkələr arasında malların yerdəyişməsi zamanı malların bəyannaməsi və çıxarılmasında inzibati yükün və gömrük nəzarəti tədbirlərinin tətbiqinin tezliyinin azaldılmasını nəzərdə tutur. Saziş həm bütün mallara, həm də onların ayrı-ayrı qruplarına aid ola bilər.

Davıdov qeyd edir ki, dost ölkələrlə ticarətin inkişafında növbəti addım səlahiyyətli iqtisadi operator institutunun qarşılıqlı tanınmasıdır. Səlahiyyətli iqtisadi operator statusu şirkətlərə gömrük nəzarəti çərçivəsində müəyyən üstünlüklər və güzəştlər əldə etməyə imkan verir.

“Bundan əlavə, Azərbaycan, Çin və Monqolustanla gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması layihələri həyata keçirilir. Onların praktik qaytarılmasının artırılmasına nail olmaq, iştirakçılar dairəsini genişləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq, malların tədarükü zəncirlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq vacibdir”, – o vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər