Rusiya azad edilmiş torpaqlarda bərpa işlərində iştirak edə bilər

Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirak etməyə hazırdır.

Bunu  müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Bölgələrdə yaşayışın bərpasına gəlincə, təbii ki, Rusiya şirkətlərinin bu işlərə hansı mərhələdə, hansı formada qoşula biləcəyinə dair Azərbaycan tərəfinin təkliflərilə məmnuniyyətlə tanış olardıq. Bildiyimiz kimi, Azərbaycan hökuməti konkret rayonların, o cümlədən Ağdam rayonunun bərpasına dair planlar üzərində çalışır. Bunun ardından başqa rayonların də bərpasına dair plan və proqramlar hazırlanmalıdır. Bu prosesə qoşulmaqda maraqlıyıq” – deyə diplomat qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.