Qərbin sanksiyalarına cavab olaraq Rusiya hökuməti bu ilin sonunadək ixracı qadağan olunan məhsul və avadanlıqların siyahısını müəyyənləşdirib.
Siyahıda texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, elektrik avadanlıqları, o cümlədən dəmiryol vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, konsollar və panellər daxil olmaqla ümumilikdə 200-dən çox məhsul və avadanlıq yer alıb.
“Bu tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün zəruridir”, – açıqlamada deyilir.