24 C
Baku
Thursday, September 29, 2022

Rusiya banan qıtlığı ilə üzləşib

Rusiyadakı pərakəndə ticarət şəbəkələri Ekvadordan edilən banan idxalında çətinliklərlə qarşılaşıb.

“Kommersant”ın verdiyi məlumata görə, buna Ekvadorda məhsuldarlığın aşağı olması, idxalçıların pərakəndə satışa lazımi həcmdə tədarük edə bilməməsi və mövsümi yüksək tələbat səbəb olub. Eyni zamanda, hazırda Sankt-Peterburq limanında meyvə ilə yüklənmiş bir neçə gəmi boşaltma üçün dayana bilməməsi də banan çatışmazlığına səbəb olub.

Şirkət nümayəndələrinin dediyi kimi, vəziyyət bir neçə həftə ərzində yaxşılaşa bilər.

İdxalçı şirkətlər bananın bahalaşmayacağını vurğulayıblar.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər