30 C
Baku
Tuesday, June 28, 2022

Rusiya bankı Azərbaycanda kənd təsərrüfatına maliyyə yatırmaq istəyir

“Qazprombank” Azərbaycanda kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir.

Bunu Bakıda jurnalistlərə bankın İdarə Heyətinin sədri Famil Sadıqov deyib.

Onun sözlərinə görə, söhbət kənd təsərrüfatı sahəsində istehsalat müəssisələrinin yaradılması və avtomobil yollarının tikintisi üzrə layihələrdən gedir.

F.Sadıqov qeyd edib ki, Azərbaycan tərəfi ilə birgə müxtəlif sahələrə “Qazprombank”ın investisiyalarının cəlb olunması üçün mexanizmin yaradılması üzərində iş gedir. Bakıda olduqları müddətdə bankın nümayəndələri, həmçinin bu layihələrin maliyyələşdirilməsi üçün kapital bazarlarından vəsaitlərin cəlb olunması imkanlarını müzakirə edəcək.

Trend

Son xəbərlər
Oxşar xəbərlər