Rusiya bankı sabiq erməni rəhbərinin əmlakının həbsini tələb edir

0

Rusiyanın ən böyük banklarından biri “FK Otkrıtie” Moskva Arbitraj Məhkəməsinə müraciət edərək, keçmiş top-menecerlərin əmlakına həbs qoyulmasını xahiş edib. Bu barədə”Kommersant” xəbər verir.

Bildirilir ki, şikayət ərizəsində bankın banisi Vadim Belyayevin, maliyyə korporasiyasının keçmiş prezidenti Ruben Aqanbekyanın, Yevgeni Dankeviçin, idarə heyətinin üzvləri Yelena Budnikin və Gennadi Jujlevin adları qeyd edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, milliyyətcə erməni R.Aqanbekyan bankın prezidenti vəzifəsindən azad edilib və 2017-ci ilin 14 sentyabrında bankın Direktorlar Şurasının tərkibindən çıxarılıb.

R.Aqanbekyan Abel Aqanbekyanın oğludur. A.Aqanbekyan yenidənqurma zamanı SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. A.Aqanbekyan ötən əsrin 80-ci illərində M.Qorbaçovun digər erməni köməkçisi Georgi Şahnazarovla Dağlıq Qarabağın Ermənistana birləşməsini aktiv şəkildə dəstəkləyib.

Report