2 C
Baku
Saturday, December 14, 2024

Rusiya Bankı “Urals” neftinin qiyməti üzrə proqnozunu yüksəldib

Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) “Urals” markalı neftinin bir bareli üçün 2021-ci il üzrə orta qiymət proqnozunu 65 ABŞ dollarından 70 dollaradək yüksəldib.

Bu barədə Rusiya mətbuatı quruma istinadən xəbər verir.

Bununla yanaşı, Rusiya Bankı “Urals”ın qiyməti üzrə proqnozunu 2022-ci il üçün 60 dollardan 65 dollaradək yüksəldib.

Proqnoza əsasən, 2023-cü ildə “Urals” neftinin qiyməti 55 dollar, 2024-cü ildə isə 50 dollar səviyyəsində olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər