Rusiya Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldır

Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İndi bir hesabdan ayda 10 min dollara qədər, hesabsız isə 5 min dollara qədər vəsait köçürmək mümkündür.

Qaydalar sanksiyaları dəstəkləməyən ölkələrin rezidentləri və qeyri-rezidentlərinə şamil edilir. Eyni imkan Rusiyada əmək və ya mülki hüquq müqavilələri əsasında işləyən bütün digər dövlətlərin qeyri-rezidentlərinə də verilib.

Köçürmə məbləğləri, köçürmə təlimatının verildiyi tarixdə Rusiya Bankı tərəfindən müəyyən edilmiş xarici valyutaların rubla qarşı rəsmi məzənnəsi ilə hesablanacaq.

 

Son xəbərlər
Digər xəbərlər