Azərbaycanda da törəməsi olan Rusiyanın aparıcı bankı olan “VTB Bank” ASC yaxın vaxtlarda əmanət və kredit məhsulları üzrə faizlərə yenidən baxa bilər. Rusiya mətbuatının yaydığı məlumata görə, bu barədə Bankın mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, ötən gün Rusiyanın “Sberbank”ı ABŞ dolları və avroda qəbul edilən əmanətlərin, eləcə də ipoteka kreditlərinin illik faiz dərəcələrini 0,5% azaltdığını bəyan edib. Bundan əvvəl, iyulun 7-də isə “Sberbank” Rusiya rublu ilə əmanətlərin və yığım sertifikatlarının gəlirliliyini azaltmışdı.
Report