Azərbaycanda Rusiya istehsalı olan dəmir yolu vaqonlarına tələbat var və onlar Azərbaycana tədarük ediləcək.
Bunu “Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbov deyib.
Onun sözlərinə görə, əsas məsələ sanksiya statusunda olmayan Rusiya banklarının maliyyələşdirilməsi və iştirak sxemindədir.
Qeyd edək ki, “Bakı Metropoliteni” də Rusiya istehsalı olan vaqonlar alır. Bu tədarükün maliyyələşdirilməsi məsələsinə münasibət bildirən Azər Talıbov qeyd edib ki, “Roseximbank” bu əməliyyatlarda iştirak etməyəcək. “Lakin Rusiya bankları belə layihələri maliyyələşdirəcək”, – deyə Azər Talıbov əlavə edib.