10 C
Baku
Friday, October 25, 2024

Rusiya bankları bankomatlar vasitəsilə dollar və avro qəbulunu dayandırıb

Rusiya Federasiyasının 13 mühüm bankından 11-də bankomatlar vasitəsilə dollar və avro qəbulu dayandırılıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunur ki, söhbət “Sberbank”, “VTB”, “Otkritie”, “Raiffeisenbank”, “Unicreditbank”, “Qazprombank”, “Rosselxozbank”, “Promsvyazbank”, “Moskva Kredit Bankı”, “Rosbank” və “Sovkombank” kimi banklardan gedir.

Bankomat vasitəsilə dollar və avro yatırmaq funksiyası “Alfa-Bank “və “Tinkoff”da qalır. Bu halda, sonuncu 5% komissiya alır.

Mütəxəssislər bu tendensiyanın səbəbini sanksiyalar, bir sıra bankların SWIFT sistemindən çıxarılması və bu xidmətə ictimai tələbatın ümumi azalması ilə əlaqələndirirlər.

Son xəbərlər
Digər xəbərlər