Rusiya bankları Türkiyədə “Mir” kartları ilə ödəniş etmək üçün terminallar quraşdırmağa başlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bir qayda olaraq, Rusiya kredit təşkilatlarının terminalları turistlərin axını olan yerlərdə quraşdırılır. Məsələn, otellərdə, iaşə, suvenir və geyim mağazalarında, tur masalarında və apteklərdə.
Rusiya Mərkəzi Bankı vətəndaşlara nağdsız vəsaitlərdən istifadə etməklə xaricə ödəniş imkanı verən bazar təşəbbüslərini dəstəklədiyini bəyan edib.