17 C
Baku
Saturday, May 25, 2024

Rusiya banklarının 77 faizi ötən ili xalis mənfəətlə başa vurub

Rusiya Mərkəzi Bankı 2022-ci ili 203 milyard rubl mənfəətlə başa vurub.

Banker.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında bildirilib.

Hesabata görə gəlir əldə edən bankların nisbəti 77%-dir. Hesabatda Rusiyanın bank sektorunun 2022-ci ilin birinci yarısında 1.4 trilyon rubl itirdiyi, ilin ikinci yarısında isə sektorun bərpa olunaraq 203 milyard rubl mənfəətlə başa vurduğu bildirilir.

Qeyd edək ki, Rusiyanın bank sektoru 2021-ci ildə 2.4 trilyon rubl mənfəət əldə etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər