Rusiya Mərkəzi Bankı 2022-ci ili 203 milyard rubl mənfəətlə başa vurub.
Banker.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında bildirilib.
Hesabata görə gəlir əldə edən bankların nisbəti 77%-dir. Hesabatda Rusiyanın bank sektorunun 2022-ci ilin birinci yarısında 1.4 trilyon rubl itirdiyi, ilin ikinci yarısında isə sektorun bərpa olunaraq 203 milyard rubl mənfəətlə başa vurduğu bildirilir.
Qeyd edək ki, Rusiyanın bank sektoru 2021-ci ildə 2.4 trilyon rubl mənfəət əldə etmişdi.