27 C
Baku
Saturday, July 27, 2024

Rusiya banklarının işçiləri distant işləməyə davam edəcəklər

Rusiya banklarının işçiləri ofislərə qayıtmağa tələsmirlər və distant işləməyə davam edəcəklər. Banker.az xəbər verir ki, bu barədə kredit təşkilatları arasında keçirilən araşdırmaya istinadən RİA Novosti məlumat verib.

Xatırladaq ki, Moskva şəhərinin meri Sergey Sobyanin iyunun 9-dan koronavirusa görə tətbiq olunan məhdudiyyətlərin, o cümlədən özünütəcrid rejiminin və elektron icazə sisteminin ləğv olunacağını elan etmişdir.

“Promsvyazbank” ın qeyd etdiyi kimi, əvvəlki iş rejiminə qayıdış mərhələli şəkildə baş verəcəkdir. “İyun ayında ofisdə olması zəruri olmayan işçilər uzaqdan işləməyə davam edəcək. Bunun üçün bütün proseslər qurulub, lakin ehtiyac olduqda, struktur bölmələrinin rəhbərləri işçilərin işə gəlməsi barədə qərar qəbul edə bilərlər”.

“Moskva Kredit Bankı” da işçilərinə evdən işləməyə icazə verir, “Alfa-Bank” isə uzaqdan iş rejimini bu ilin sonunadək uzatdığını bildirir.

Rusiyanın digər bir bankı “Rayffayzenbank” əvvəlki iş rejiminə qayıtmağı hələki planlaşdırmır. “Uzaqdan iş rejimi bizim məhsuldarlığımıza və ya iş proseslərimizə heç bir şəkildə təsir göstmərməmişdir. Buna görə də hazırda bu haqda düşünmürük və gələcək üçün müxtəlif ssenariləri nəzərdən keçiririk”, – bank bildirir.

Qeyd edək ki, işçilərini ofisə qaytarmağa başlamış yeganə bank “Sberbank” dır. Buna baxmayaraq, kredit təşkilatı yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri gördüyünü vurğulayır.

Son xəbərlər
Digər xəbərlər