19 C
Baku
Tuesday, April 16, 2024

Rusiya banklarının mənfəəti 65% artıb

Bu ilin yanvar-may aylarında Rusiyanın bank sektoru, təxminən, 867 milyard rubl (13,3 milyard ABŞ dolları) məbləğində mənfəət əldə edib.

Bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5% çoxdur.

5 ay ərzində Rusiyanın 350 bankı 943 milyard rubl (14,5 milyard dollar) mənfəət əldə edib, 105 bankı isə 76 milyard rubl (1,3 milyard dollar) zərər edib.

Report

Son xəbərlər
Digər xəbərlər