Rusiya beynəlxalq ticarət hesablamalarında dollardan başqa xarici valyutalara keçməlidir.
Banker.az Reporta istinadən xəbər verir ki, bu təkliflə Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina çıxış edib.
“Əgər dedollarizasiyadan danışırıqsa, ilk növbədə beynəlxalq ticarət hesablamalarında dollardan başqa xarici valyutalara keçməliyik. Ancaq bunu iqtisadi məntiqlə etmək lazımdır”. – deyə o, qeyd edib.