14 C
Baku
Saturday, November 23, 2024

Rusiya Baş nazirinin müavini bir çox bank rəhbərləri ilə bu gün Azərbaycana səfər edəcək

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bu gün Azərbaycana səfər edəcək.

Səfərdə məqsəd oktyabrın 27-də Bakıda işə başlayacaq Avrasiya İqtisadi Forumunda iştirak etməkdir.

Forumda Azərbaycanın hökumət nümayəndələri, Rusiya Baş nazirinin müavini Aleksey Overçukla yanaşı, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov, “Rosneft”in rəhbəri İqor Seçin, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “İnteza Bank”ın rəhbəri Antonio Falliko, VTB prezidenti Andrey Kostin də iştirak edəcəklər.

İki gün davam edəcək tədbirdə biznes nümayəndələri ilə yanaşı, şirkət və maliyyə təşkilatlarının rəhbərləri, sahibkarlar, analitiklər, siyasi və ictimai xadimlər, diplomatlar iştirak edəcəklər.

Forum iştirakçıları qlobal enerji problemlərini, Avropanın enerji təhlükəsizliyini, qlobal geosiyasətdə biznesin rolunu və Atlantik okeanından Sakit okeana qədər əməkdaşlıq iqtisadiyyatının yaradılmasını müzakirə edəcəklər.

Bundan əlavə, forum çərçivəsində “Azərbaycan – Avrasiya iqtisadi əməkdaşlığının əsas qovşağı və onun Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrində perspektivlər” adlı xüsusi sessiyanın keçirilməsi, o cümlədən yeni iqtisadi əməkdaşlıq şəraitində maliyyə sektorunun işi, nəqliyyat və infrastrukturun inkişafı, sənaye inqilabı və Böyük Avrasiyada gələcək iqtisadiyyatın inkişafına dair müzakirələrin aparılması planlaşdırılır.

Forumun qlobal mövzusu “Avrasiya yeni geosiyasi və sosial-iqtisadi nizama doğru yolda: yeni insan yönlü iqtisadiyyata keçid”dir.

Son xəbərlər
Digər xəbərlər