Əldə edilən məlumata görə, Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.
Buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.
Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.