12 C
Baku
Monday, November 18, 2024

Rusiya Baxmutun mərkəzini ələ keçirdi

“Vaqner” döyüşçüləri Ukraynanın Baxmut şəhərinin mərkəzinə daxil olaraq, yerli hərbi prokurorluğun binasını ələ keçiriblər.

Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri Ukrayna müharibəsi ilə bağlı son hesabatda bildiriblər.

Hesabatda Rusiya hərbçilərinin Konstantinovka-Çasov Yar-Baxmut magistralının cənubuna doğru irəlilədiyi qeyd olunub.

Rusiyalı hərbi jurnalistlər “vaqner”çilərin Baxmutun mərkəzində bir neçə binanı, o cümlədən “Metallurq” stadionunu, Baxmut otelini və Bütün Müqəddəslər Kilsəsini ələ keçirdiyini iddia edir, lakin bu barədə rəsmi açıqlama verilməyib.

Son xəbərlər
Digər xəbərlər