Rusiya hökuməti bahalaşmanın qarşısını almaq üçün benzin ixracına qadağa qoymağı düşünür.
Bu barədə “Reuters” agentliyinə sənaye bazarı və hökumətdəki mənbələr məlumat verib.
Mənbələr bildiriblər ki, hökumət əmtəə birjasında avtomobil benzininin məcburi satışının minimum məbləğini də artıra bilər.
“Kommersant” yazır ki, Ukraynada müharibə başlayandan bəri neftayırma zavodlarında təmir işləri ilə əlaqədar tələbatın mövsümi artması səbəbindən benzinin qiyməti ən yüksək həddə çatıb.