Rusiya benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət tətbiq edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Bildirilir ki, məhdudiyyətlər daxili bazarı sabitləşdirmək üçün tətbiq edilib.
Yanacağın birja qiymətləri yaydan bəri dəfələrlə rekordları yeniləyib, ekspertlər qiymət artımını digər amillərlə yanaşı, “boz” ixracla əlaqələndiriblər.