28 C
Baku
Saturday, July 27, 2024

Rusiya beynəlxalq ödənişlərdə yuanın istifadəsinə görə üçüncü ölkə olub

Rusiya iyulda beynəlxalq ödənişlərdə yuandan istifadə edən dünya ölkələri siyahısında yeddinci yerdən üçüncü yerə yüksəlib. Bu statistika hər ay SWIFT banklararası ödəniş sistemi tərəfindən dərc olunur.

Ötən ay yuanla aparılan əməliyyatların 3,9%-i Rusiyanın payına düşüb. Yuanın istifadəsinə görə lider Honkonqdur (70.93%). İlk 5-liyə həmçinin Böyük Britaniya (6.35%), Sinqapur (3.77%) və ABŞ (2.98%) daxildir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ümumilikdə, iyulda yuan beynəlxalq ticarətdə istifadəyə görə beşinci valyuta olub (ümumi valyutanın 2.2%-i). Çin valyutasını dollar (41.19%), avro (35.49%), funt sterlinq (6.45%) və yapon yeni (2.82%) qabaqlayır.

Çinin Rusiyadakı səfiri Zhang Hanhui iki ölkə arasında ticarət hesablaşmalarında yuanın payının 2014-cü ildəki 3.1%-dən 2021-ci ildə 17,9%-ə yüksəldiyini bildirib. Dünən, avqustun 18-də Moskva birjasında hərracların həcminə görə yuan dolları ötüb.

Son xəbərlər
Digər xəbərlər