Rusiya tətbiq olunan sanksiyalar səbəbindən, 2022-ci ildə beynəlxalq kreditlər üzrə planın cəmi 68 %-ni ödəyib.
Bu barədə ölkənin Hesablama Palatasından bildirilib.
Ötən il Rusiya 16.3 milyard rubl (173 milyon ABŞ dolları) ödəyib. Bu məbləğin təxminən 12 milyard rublunu (130 milyon ABŞ dolları) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına borclarını ödəmək üçün verib.
Bildirilib ki, 2023-cü il yanvarın 1-nə beynəlxalq maliyyə təşkilatlarının kreditləri üzrə dövlətin xarici borcu 17.9% azalaraq 91.19 milyard rubl (989 milyon ABŞ dolları) təşkil edib.