13 C
Baku
Friday, April 26, 2024

Rusiya birdəfəlik plastik paketlərin istehsalını dayandırır

Rusiyada plastik paketlərdən istifadə qadağan ediləcək.

Bu barədə Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidmətdən (“Rospotrebnadzor”) bildirilib.

Qeyd edilir ki, xidmət birdəfəlik plastik paketlərin istehsalının mərhələli şəkildə ixtisarı haqqında qanun layihəsini hazırlayır. Gələcəkdə plastik paketlərdən istifadənin tamamilə qadağan ediləcəyi güman olunur.

Qurumun mətbuat xidməti plastik paketlərin tamamilə qadağan ediləcəyi ilə bağlı konkret müddət dəqiqləşdirməyib.

“Biz emalı və “qapalı iqtisadiyyat” mexanizmlərinin tətbiqini dəstəkləyirik: plastik kütlələrin məmulatları tullantılar qrupuna daxil olur”, – deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, artıq  bir sıra ölkələr bununla bağlı qəti addım atıblar. Məsələn, Gürcüstanda bütün növ plastik paketlərin istehsalı, idxalı və satışı hələ aprelin 1-də qadağan olunub. Portuqaliya 2020-ci ildə sellofan paketlərdən imtina edəcək. Bu ilin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə plastik paketlərə qarşı “müharibə”nin başlandığını elan edib və ekoloji cəhətdən daha təmiz paketlərin və çətənə parçasından olan tor zənbillərin istehsalına çağırıb.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər