18 C
Baku
Saturday, November 2, 2024

Rusiya BMT-dən taxılın son istehlakçıya daşınması ilə bağlı statistik məlumat istəyib

Moskva “Taxıl sazişi”nin uzadılması imkanlarını nəzərdən keçirməzdən əvvəl onun icrası ilə bağlı bütün suallara cavab gözləyir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz ondan çıxış edirik ki, sazişin uzadılması məsələsinə baxılana qədər qeyd etdiyim bütün məsələlər qənaətbəxş şəkildə həll olunacaq”, – deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya BMT-dən taxılın son istehlakçıya daşınması ilə bağlı statistik məlumat istəyib.

“İyulun 22-də İstanbulda imzalanan “paket sazişi” çərçivəsində Ukrayna taxılının alıcıları ən yoxsullar sırasında olmayan ölkələrdir, ən yoxsul ölkələrə Qara dənizdəki limanları tərk edən yüklərdən yalnız kiçik bir pay gedib çatır. Ukrayna taxılının yarıdan çoxu Aİ ölkələrinə gedir. Bununla bağlı BMT-nin statistikası var. Biz həmkarlarımızı BMT Baş katibi ilə daha fəal işləməyə çağırdıq ki, onun paket sazişinin ilkin niyyəti, ən yoxsul ölkələrə kömək etmək üçün hədəfləmək istədiyi sövdələşmə reallaşsın”,- deyə Rusiya XİN başçısı qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər