15 C
Baku
Monday, May 6, 2024

Rusiya BMT Təhlükəsizlik Şurasından “Şimal axını” ilə bağlı iclas keçirilməsini tələb edib

Rusiya “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində təxribatla bağlı sentyabrın 26-da BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.

Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz teleqram kanalında bildirib.

Daha əvvəl bildirilmişdi ki, “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı müstəntiqlər hücumun arxasında Ukraynanın dayandığına getdikcə daha çox əmin olurlar. Müstəntiqlərin fikrincə, bu təxribatda icarəyə götürülmüş “Andromeda” yaxtasından istifadə edilib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər