Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstan səfirini Rus Pravoslav Kilsəsinin rektoru Arximandrit Vasyanın ölkədən qovulmasına görə çağırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bolqarıstanın səfiri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə çağırılıb və Rus Pravoslav Kilsəsinin rektoru və iki müavininin ölkədən çıxarılması ilə əlaqədar ona kəskin etiraz edilib”, – məlumatda deyilir.