9 C
Baku
Friday, December 13, 2024

Rusiya Boris Consonun ölkəyə girişinə qadağa qoydu

Rusiya Böyük Britaniyanın Baş naziri Boris Conson, xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uollesin ölkəyə girişinə qadağa qoyub.

Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, Britaniyaya qarşı şəxsi sanksiyaların tətbiq edilməsi barədə qərar Londonun Rusiyaya qarşı informasiya-siyasi kampaniya həyata keçirməsinə cavab tədbiri olaraq verilib.

Xatırladaq ki, Böyük Britaniya Ukraynadakı müharibə ilə bağlı çox sayda rusiyalıya qarşı sanksiya tətbiq edib.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər