6 C
Baku
Sunday, December 15, 2024

“Rusiya Böyük Britaniyada Baş nazirin seçilməsi ilə münasibətlərin dəyişəcəyini gözləmir”

“Rəsmi Moskva Böyük Britaniyada yeni Baş nazirin seçilməsindən sonra rəsmi London ilə münasibətlərdə müsbət dəyişikliklərin olacağını gözləmir”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Yaxın perspektivdə hər hansı dəyişikliklərin baş verəcəyini gözləmirik. Dəyişikliklərin daha pisə doğru olacağını demək istəməzdik, çünki indikindən daha pis vəziyyəti təsəvvür etmirik, amma bu da istisna olunmur. Hesab edirəm ki, yaxşı nəyəsə ümid etməyə dəyməz”, – o deyib.

Rusiya Prezidenti Vladimir Putinin Böyük Britaniyanın yeni Baş nazirinə təbrik teleqramı göndərib-göndərməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Gəlin yeni Baş nazirin kim olacağını gözləyək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər