Kreml Böyük Britaniyanın Ukraynaya əlavə silah tədarük etmək planlarına mənfi reaksiya verib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, Böyük Britaniyanın Ukraynaya əlavə silah tədarükünü planlaşdırması xüsusi hərbi əməliyyatın gedişinə təsir etməyəcək, lakin Rusiyanın cavab tədbirləri görməsinə səbəb olacaq.