16 C
Baku
Wednesday, October 16, 2024

Rusiya bu halda Azərbaycandan və Gürcüstandan enerji istəyəcək

Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyətlər zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxal etmək imkanı istəyib.

Bunu “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.

“Bəli, biz iki ölkədən xahiş etmişik: Azərbaycan və Gürcüstana tədarük imkanını soruşduq. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə vəziyyətlərdə iki qonşunun enerji sisteminin imkanlarını soruşduq. Əgər fövqəladə vəziyyət yaranarsa, o zaman biz Sistem Operatorunun xahişi ilə iki enerji sisteminə – Gürcüstan və Azərbaycana müraciət edəcəyik ki, hər biri bizi 300 MVt enerji ilə təmin etsin”, – deyə Panina bildirib.

Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.

“Rusiya elektrik enerjisini idxal etməməyə çalışacaq, lakin fövqəladə hallarda qonşu ölkələrin enerji sistemlərinə müraciət edə bilərik”, -deyə Panina aydınlıq gətirib.

Son xəbərlər
Digər xəbərlər