Bu ilin yanvar-fevral aylarında Rusiyada qaz hasilatı ötən ilin iki qış ayı ilə müqayisədə 11.3% artaraq 110 mlrd. kubmetrə çatıb.
Bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatında bildirilir.
Məlumata görə, fevralda cari ilin yanvar ayı ilə müqayisədə bu göstərici 2.5% azalıb, ötən ilin fevral ayı ilə müqayisədə isə 16.3% artıb.
Qeyd olunur ki, cari ilin yanvar-fevral aylarında Rusiyada səmt qazı hasilatı illik müqayisədə 3.7% artaraq 17.9 mlrd. kubmetrə çatıb.