6 C
Baku
Monday, December 16, 2024

Rusiya bu il qaz hasilatını 20% azaldacaq, neft istehsalını isə artıracaq

Bu ilin nəticələrinə görə, Rusiya qaz hasilatını 18-20% azaldaraq, 671 mlrd. kubmetrədək endirəcək.

Bunu baş nazirin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, hasil olunan qazın 470 mlrd. kubmetri daxili bazara yönəldiləcək.

Aleksandr Novak onu da qeyd edib ki, Rusiya bu il neft hasilatını təxminən 2% artıraraq 535 mln. tona çatdıracaq. Bununla yanaşı, ölkədə neft məhsullarının istehsalı təxminən 5% artacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər