14 C
Baku
Friday, November 22, 2024

Rusiya bu il xaricə 70 mln. ton taxıl tədarük etməyi planlaşdırır

Rusiya 2024-cü ildə xaricə 70 milyon tona qədər taxıl tədarük etməyi planlaşdırır.

Bunu Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev Prezident Vladimir Putinlə görüşdə deyib.

Nazirin sözlərinə görə, ötən il 43,5 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının ümumi ixracının əksəriyyətini buğda, qarğıdalı və arpa təşkil edib. “Bundan başqa, biz buğda ticarətində dünyada birinci yeri tutmağa davam edirik. Rusiya Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan və Çin kimi ölkələrə bu məhsulun əsas tədarükçüsüdür. Hətta dünya qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi gəlirləri artmaqda davam edir”, – deyə D.Patruşev bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər