11 C
Baku
Friday, October 25, 2024

Rusiya bu ölkənin 8 diplomatını ölkədən çıxarır

Rusiya Yaponiya səfirliyinin səkkiz əməkdaşını ölkədən çıxarır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Onlar mayın 10-dək Rusiya ərazisini tərk etməlidirlər. Aprelin 27-də Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb və ona bildirilib ki, Rusiyanın Ukraynada əməliyyatı başlayandan rəsmi Tokio açıq-aşkar anti-Rusiya kursu götürüb və qarşılıqlı faydalı əməkdaşlığın pozulmasına səbəb olub.

“Bu xəttin apoteozu səkkiz rus diplomatının Yaponiyadan qovulması olub. Rusiya tərəfi qarşılıqlılıq prinsipini rəhbər tutaraq, 8 yapon diplomatik işçisinin mayın 10-dək ölkəmizi tərk etməsini tələb edib”, – nazirliyin bəyanatında deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər