“Rusiya üçün neftin qiymətinə hədd tətbiq edən ölkələrə neft satmaq məqsədəuyğun deyil”.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, neftin qiymətinə məhdudiyyət qoyulması qiymətinin artmasına səbəb olacaq.
Rusiya dövlət rəsmisi bildirib ki, ölkənin büdcəsi neftin bir barelinin qiymətinin 70 dollar məbləğində satışına uyğun formalaşdırılıb.
O hesab edir ki, Avropa ölkələri tərəfindən neftin qiymətinə qoyulan məhdudiyyət Rusiyada neft hasilatının müvəqqəti azalmasına, eləcə də neft daşınmasının qiymətinin və daşınma müddətinin artmasına səbəb olacaq.
A.Novak OPEK+ qərarından sonra Rusiyanın bu il 530 milyon ton, gələn il isə 490 milyon ton neft hasil edəcəyini bildirib.
Eyni zamanda, A.Novak Rusiyanın “Şimal axını-2” kəmərinin ikinci qolu ilə qaz tədarükünə hazır olduğunu qeyd edib.