11 C
Baku
Tuesday, November 26, 2024

Rusiya bu ölkələrin şirkətlərinə sanksiyalar tətbiq etdi

Rusiya hökuməti oktyabrın 10-dan etibarən Avropa İttifaqı (Aİ), Ukrayna, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, həmçinin Norveçdən olan nəqliyyat şirkətləri üçün ölkə üzrə beynəlxalq avtomobil daşımalarına qadağa qoyub.

Rusiya Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində daşıma qadağası daha əvvəl Rusiyanın nəqliyyat şirkətlərinə qarşı müvafiq məhdudiyyətlər tətbiq etmiş ölkələrdə qeydiyyatdan keçmiş daşıyıcılara qarşı tətbiq olunur.

O cümlədən, qadağa ikitərəfli və tranzit daşımalara, habelə üçüncü dövlətin ərazisindən və ya ərazisinə daşınmalara şamil edilir.

Qərar oktyabrın 10-dan qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədə qalacaq.

Rusiya Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məhdudiyyətlərin tətbiqinə baxmayaraq, “dost olmayan” ölkələrdən avtomobil yolu ilə gətirilən malların Rusiya ərazisi ilə son alıcılara çatdırılması davam etdiriləcək.

“Bunun üçün Pskov, Kalininqrad, Leninqrad və Murmansk vilayətlərində, Kareliya Respublikasında və Sankt-Peterburqda sərhədyanı ərazilərdə yerləşən gömrük terminalları komplekslərində xarici avtomobillərdən mallar yenidən Rusiya və Belarus avtomobillərinə yüklənəcək”, – nazirlikdən bildiriblər.

Xatırladaq ki, aprelin 8-də Rusiya Federasiyası və Belarusda yaradılmış hər hansı avtomobil nəqliyyatı müəssisələrinə Avropa İttifaqının ərazisindən, o cümlədən tranzitlə yüklərin daşınmasına qadağa qüvvəyə minib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər