11 C
Baku
Wednesday, December 11, 2024

Rusiya bu ölkənin səfirliyinin və konsulluğunun bank hesablarını dondurdu

Rusiya Finlandiyanın bu ölkədəki səfirliyinin və baş konsulluğunun bank hesablarını dondurub.

Bu barədə Finlandiyada nəşr olunan “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

Finlandiya Xarici İşlər Nazirliyi açıqlamasında sözügedən hesablara daxil olmağın mümkün olmadığını təsdiqləyib.

Nazirlikdən vəziyyətin ciddi olduğunu və məsələnin araşdırıldığını bildiriblər.

Qəzetin xəbərinə görə, Finlandiya məsələ ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlayıb.

Son xəbərlər
Digər xəbərlər