16 C
Baku
Monday, May 20, 2024

Rusiya bu şəhəri Xersonun müvəqqəti paytaxtı seçdi

Geniçesk şəhəri müvəqqəti olaraq Xerson vilayətinin inzibati paytaxtı olacaq.

Rusiyanın vilayətdə qurduğu “administrasiya”nın rəsmisi Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, indi bütün əsas səlahiyyətlər bu kurort və liman şəhərində cəmlənib. Təxminən 20 min nəfər əhalisi olan Geniçesk Xerson vilayətinin  cənubunda, Azov dənizinin sahilində yerləşir.

Xatırladaq ki, Rusiya öz qoşunlarını noyabrın 11-də Xerson şəhərindən geriyə – Dnepr çayının sol sahilinə çəkib. Moskva bunu taktiki manevr adlandırıb. Rusiya Müdafiə Nazirliyi 30 mindən çox rus hərbçisinin, o cümlədən 5 minə yaxın silah və texnikanın Dnepr çayının sol sahilinə çıxarıldığını bildirib.Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, rus qoşunlarının Xersondan çıxarılması Ukraynanı hələ sevindirməməlidir. O, Xersonun Rusiyaya birləşdirilmiş ərazi kimi qaldığını vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov da rus qoşunlarının Dnepr çayının sol sahilinə çıxarılmasını şərh edərkən, Xerson vilayətinin Rusiyanın tərkibində qaldığını təsdiqləyib.
“Bu, Rusiyanın subyektidir, bu məsələ qanunla təsbit edilib. Burada heç bir dəyişiklik yoxdur və ola da bilməz”, – deyə prezidentin mətbuat katibi bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər