Qərb Ukraynadan buğda daşınmasına maneə olan qanunsuz qərarları ləğv etməlidir.
Banker.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynadan buğda daşınmasına maneə törətməsi ilə bağlı ittihamları qəbul etmir:
“Rusiya Federasiyası Ukraynadna buğda daşınmasına maneəçiliklə bağlı ünvanına səslənən ittihamları qətiyyən qəbul etmir. Qərbin qərarları blokadaya gətirib çıxarıb. Qərb Ukraynadan buğda daşınmasına maneə olan qanunsuz qərarları ləğv etməlidir”, deyə Kremlin sözçüsü vurğulayıb.