Fevralın 15-dən Rusiya buğda üçün ixrac rüsumunu 4.1 faiz artıracaq.
Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi bildirib.
Məlumata görə, fevralın 15-dən Rusiya Federasiyasından buğdanın ixrac rüsumu bir ton üçün 4496.6 rubldan 4653.5 rubla qədər artırılıb.
Arpa rüsumu 3175.2 rubldan 3209.1 rubla, qarğıdalı 1 ton üçün 1505.7 rubldan 1670 rubla qədər yüksəlib.
Yeni rüsumlar fevralın 21-dək qüvvədə olacaq. Həmçinin fevralın 15-dən Rusiya taxıl ixracı üçün 25.5 milyon ton həcmində kvota tətbiq edir.
Bu qərar isə iyunun 30-dək qüvvədə qalacaq.